"İyulun 7-də Abşeron Gənclər şəhərciyində yerləşən mənzildə baş verən partlayış zamanı xəsarət alaraq yerləşdirdikləri xəstəxanada dünyasını dəyişən Mehdi Səmədli və Günel Əliyeva mənim yaxınımdır.
Bütün saytlar guya övladının ölüm xəbərini bu gün öyrənən ananın dözməyərək öldüyünü xəbər verir. Halbuki ananın övladının ölümündən ümumiyyətlə xəbəri olmayıb. Hər ikisi bir gün fərqlə aldıqları ağır yanıq xəsarətlərindən dünyalarını dəyişiblər".
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalist Amil Hacıyev yazıb. O bildirib ki, mənbə olan sayta məlumat verilsə də, xəbəri dəyişmədilər:
"Mərhumun ailəsi bu barədə məhkəməyə müraciət edəcək. Xahiş edirəm, ailə faciəsini şouya çevirməyək".
"Cebheinfo.az"