“Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal formasının nömrəsini dəyişib.
Viral.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, yeni mövsümdən 10 nömrə altında çıxış edəcək.
Son Yazılar:
- Həmin nömrə Yamala verildi – FOTO
- Penalti vurulması qaydasında ciddi dəyişiklik təklif EDİLİR
- “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi dəqiqləşdi
Xatırladaq ki, 2008-2021-ci illərdə “Barselona”nın 10 nömrəli forması argentinalı hücumçu Lionel Messiyə məxsus olub. Onun gedişindən sonra 10 nömrəli forma Ansu Fatiyə verilib. Yamal isə ötən mövsüm 19 nömrə geyinirdi.
Qeyd edək ki, 2024/2025 mövsümündə Yamal “Barselona”nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.