AZ

AVF rəsmisi Avropa çempionatının final mərhələsində

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV nümayəndəsi kimi iştirak edib.

Apasport.az xəbər verir ki, o, Albaniyada təşkil olunan 16 yaşadək (U-16) qızların Avropa çempionatının final mərhələsində hakimlərin və supervayzerin işini qiymətləndirib.

Cəfərov mükafatlandırma mərasimində iştirak edərək, ən yaxşı oyunçuya və qalib komandaya kubok təqdim edib.

Qeyd edək ki, yarışda Polşa birinci, Türkiyə ikinci, İtaliya isə üçüncü yeri tutub.

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununa təyinat alıb

"Gəncə" argentinalı mütəxəssislə müqavilə imzalayıb

"Gəncə"dən növbəti transfer

"Gəncə" heyətini yeni oyunçu ilə gücləndirib

Seçilən
67
3
apasport.az

2Mənbələr