AZ

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.

Gundem.az Oxu.az-a istinadla xəbər verir ki, artıq siyahıya alınma prosesinə başlanılıb.

Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.

İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir.

Seçilən
36
12
gundem.az

10Mənbələr