Ağdaşda 17 yaşlı gənc - Süleymanlı Dəniz Nəsib oğlu Yuxarı Şirvan kanalında boğulub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə həmin şəxs kanalda çimərkən baş verib.
Hazırda onun sudan çıxarılması istiqamətində işlər görülür.
Xatırladaq ki, 4 gün öncə Ağdaşda 14 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.