AZ

Uşaqlarda günvurma zamanı ilk bunu etmək lazımdır

  Uşaqları gün vurarsa, nə etmək lazımdır?

Referans xəbər verir ki, bu suala pediatr Yekaterina Denisova cavab verib.

"Uşaq günəşdə çox qalarsa, ilk növbədə onu kölgəyə aparın. Qoy, rahat olduğu kimi uzansın. Bundan sonra uşağın yaxasını açın və ayaqlarını qaldırın. Bu, onun daha tez sağalmasına imkan verəcək. Ona heç bir həb vermək lazım deyil, ancaq bədənini su ilə silə bilərsiniz. Və təbii ki, su və maye içirtməyi unutmayın. Bu prosedurlardan sonra uşaq hələ də özünü pis hiss edirsə, o zaman təcili həkimə müraciət edin”, - Yekaterina Denisova deyib./publika.az  

Seçilən
83
1
referans.az

10Mənbələr