AZ

Bu ölkənin millisi tanınmış baş məşqçiyə tapşırıldı

Portuqaliyalı mütəxəssis Karluş Keyruş Oman millisini çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Oman Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Müqavilənin təfərrüatları açıqlanmayıb.

Hazırda Oman millisi dünya futbol reytinqində 79-cu yerdədir.

Keçmişdə Keyruş bir sıra klublar və milli komandalarla, o cümlədən Portuqaliya yığması və “Real”da çalışıb. Onun son iş yeri Qətər millisi olub.

Keyruş Oman millisində yerli mütəxəssis Rəşid Cabiri əvəzləyib.

Seçilən
137
sportinfo.az

1Mənbələr