AZ

İsrail Dəməşqə zərbələr endirib - YENİLƏNİB - VİDEO

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.

Moderator.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.

İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.

16:35

İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə “Channel 12” kanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasını hədəfə alıb.

"Reuters" ölən və yaralananların olduğunu bildirir.

 

phrase_var_article.chosen
8
42
moderator.az

10phrase_var_article.sources