AFFA-nın təşkil etdiyi Qızlar liqalarının 2025/2026-cı illər mövsümündə iştirak edəcək komandalarının nümayəndələri və məşqçiləri ilə görüş keçirilib.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiyanın inzibati binasında baş tutan görüşdə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının növbəti mövsümü ilə bağlı ümumi məlumat verilib.
Milli komandaların məşqçilərinin də qatıldığı toplantıda yeni mövsümlə əlaqədar fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qız futbolçular arasında çempionatlarla bağlı ən böyük dəyişikliklərdən biri yaş kateqoriyaları ilə əlaqədardır.
Ötən mövsüm liqalar U-13, U-15, U-17 və Yüksək Qızlar Liqası adı altında keçirilirdi. Növbəti mövsümdən yaş qrupları U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası olacaq.