İtaliya Ukraynaya çatdırılmaq üçün ABŞ-dən silah almaq niyyətində deyil.
Bakues.az “La Stampa” qəzetinə istinadən xəbər verir ki, İtaliya Kiyevə hərbi yardımı davam etdirəcək. Lakin heç vaxt Amerika silahlarının alınması barədə söhbət olmayıb.
İtaliya hökumətinin Amerika silahlarını almaqdan imtina etməsinin ehtimal olunan səbəblərindən biri Kiyevə satılan sistemlərin digər texniki konfiqurasiyalara uyğun olmasıdır. Belə ki, İtaliya daha əvvəl Ukraynanı İtaliya-Fransa istehsalı olan “SAMP/T” hava hücumundan müdafiə sistemləri ilə təmin edib.
İtaliya Almaniyadan fərqli olaraq bu cür əməliyyatları həyata keçirmək üçün fiskal imkanlara malik deyil.
Asim