AZ

“Renault” 2025-ci il proqnozunu aşağı saldı

Fransanın avtomobil istehsalçısı “Renault SA”nın səhmlərinin qiymətləri 16,8% azalıb.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə şirkət ilin birinci yarısı üçün ilkin məlumatları dərc edib.

Məlumata görə, yanvar-iyun aylarında şirkətin gəliri 2,5% artaraq 27,6 milyard avroya çatıb. Eyni zamanda, əməliyyat rentabelliyi bir il əvvəlki 8,1%-dən 6%-ə düşüb.

Buna səbəb rəqabətin artması və avtomobil bazarında ümumi vəziyyətin pisləşməsidir.

Şirkət 2025-ci il üçün sərbəst pul axınının 1-1,5 milyard avro olacağını proqnozlaşdırıb.

Asim

Seçilən
42
icma.az

1Mənbələr