AZ

Dünyanın ən böyük Mars qayası hərracda 4 milyon dollara satıla bilər

Marsın Yer kürəsində məlum olan ən böyük parçası sayılan meteoritin Sotheby’s hərracında satışa çıxarılarkən 4 milyon dollara qədər gəlir gətirəcəyi gözlənilir.

Valyuta.az xəbər verir ki, “NWA 16788”adı ilə tanınan bu meteoritin çəkisi 54 kiloqram (24,5 kiloqram təmiz çəkisi) təşkil edir. Bu, Mars mənşəli meteoritlərin əksəriyyəti arasında böyük hesab olunur, çünki bu cür meteoritlər adətən xırda fraqmentlər şəklində olurlar.

Sotheby’s-in məlumatına görə, 2023-cü ilin noyabr ayında Nigerin ucqar Aqadez bölgəsində kəşf edilmiş “NWA 16788” meteoriti, Marsdan Yerə düşən digər meteoritlərlə müqayisədə monumental sayılır. Bu daş, Yer üzündə indiyə qədər tapılmış növbəti ən böyük Mars mənşəli meteoritdən təxminən 70 faiz daha böyükdür. Bu barədə Sotheby’s adlı hərrac evi çərşənbə axşamı yaydığı bəyanatda məlumat verib.

Qeyd edək ki, meteoritlər - asteroidlərin və ya meteoroidlərin Yer atmosferindən keçərkən tam yanmadan yer səthinə çatan hissələridir.

Tənzilə Ağabalayeva.

Seçilən
83
6
valyuta.az

8Mənbələr