AZ

Paşinyan: "Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir"

Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir".

Hafta.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

N.Paşinyan sözünün davamında söyləyib ki, Ermənistan Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyir.

"Avropalı həmkarlarımız Ermənistanda qəbul edilmiş Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanunun ölkənin ittifaqa üzvü olmaq istəməsi anlamına gəlib-gəlmədiyini soruşurlar. Cavabım belədir: bəli, Ermənistan Aİ-nin üzvü olmaq istəyir", - deyə N.Paşinyan qeyd edib.

Onun sözlərinə görə, görüşlər və müzakirələr zamanı Ermənistan və Avropa tərəfləri bunun asan bir proses olmadığını qeyd ediblər.

"Birincisi, bütün Aİ üzvləri buna razılıq verməlidirlər, ikincisi, ölkə Aİ standartlarına uyğun olmalıdır", - deyə N.Paşinyan əlavə edib. oxu.az

Seçilən
32
hafta.az

1Mənbələr