AZ

Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...


Fransanın baş nazirinin ölkənin borcuna nəzarətlə bağlı yeni təklifi geniş tənqidlərə səbəb olub. Xüsusilə iki dövlət bayramının ləğvi təklifi geniş tənqidlərə səbəb olub. Baş nazir Fransua Bayru Pasxa bazar ertəsi və 8 May bayramlarını ləğv etməyi təklif edib. Mayın 8-i Avropada İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı əlamətdar gündür.

Bayrou may tətillərinin "Gruyère pendiri kimi dəlik deşik " bir təqvimə səbəb olduğunu, lakin alternativ təkliflərə də açıq olduğunu söyləyib. Baş nazir Fransanın "borc altında əzilmə təhlükəsi" olduğunu bəyan edib.

Bayrunun planına 2026-cı ildə dövlət xərclərinin dondurulması, varlı təbəqələrə vergi güzəştlərinin ləğvi və dövlət qulluqçularının sayının azaldılması daxildir.

Bununla belə, iki bayramın ləğvi təklifi ictimaiyyətin diqqətini daha çox çəkib. Bayru, Pasxa bazar ertəsi heç bir dini əhəmiyyət daşımadığını və xalqın daha çox istehsal etməli və işləməli olduğunu söyləyib.

Bayrunun təklifləri dərhal müzakirə mövzusuna çevrilib və bir çox dairələrin tənqidinə səbəb olub. İfrat sağçı Milli Birlik (RN) partiyası bu təklifi “Fransa tarixinə və işçilərinə hücum” kimi qiymətləndirib.

Yaşıllar Partiyasının lideri Marin Tondelier isə nasizm üzərində qələbənin bundan sonra xatirə günü hesab edilməməsi qərarını tənqid edib.

Bayru, bununla belə, təkliflərinin çox sadə olduğunu deyib. "Yolda qalmaq istəmiriksə, 40 milyard avrodan çox resurs tapmalıyıq" deyən baş nazir, Fransanın hər saniyədə 5 min avro borclandığını bildirib.

Dekabrda vəzifəsinin icrasına başlayan Bayru qısamüddətli sələfi Mişel Barnierin yerinə baş nazir olub. Barnier hökuməti parlamentdə oxşar qənaət planını qəbul etdirə bilmədiyi üçün etimadsızlıq səsverməsi ilə devrilib. İndi Bayrunu da oxşar ssenari gözləyir.

Boyun Əyməyən Fransanın (LFI) lideri Jean-Luc Mélenkon bildirib ki, Bayru vəzifəsindən uzaqlaşdırılmalıdır, RN lideri Marine Le Pen isə baş naziri "fransızlara hücum etməkdə" günahlandırıb və planını dəyişməsə onu da devirəcəkləri ilə hədələyib.

Üç böyük parlament blokunun əməkdaşlıqdan imtina etdiyi halda, hökumət dağılacaq, bu halda Makron ya yeni baş nazir təyin etməli, ya da texnokratik hökumət qurmalı olacaq. Ancaq, Makronun ictimai dəstəyi 25 faizdən aşağıdır və 2027-ci ildə səlahiyyət müddəti başa çatmadan onun istefası tələbləri getdikcə daha da artır.

TAHİR

Seçilən
47
14
baki-xeber.com

10Mənbələr