AZ

Ermənistan bu beynəlxalq quruma qoşulmaq üçün müraciət etdi

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.

O xatırladıb ki, hazırda Ermənistan bu təşkilatda müşahidəçi statusuna malikdir.
İyulun əvvəlində Ermənistan Xarici İşlər Nazirliyi ölkənin ŞƏT-ə üzv olmaq arzusunu açıqlamışdı. Həmin vaxt departament təşkilatın prinsiplərinə – ərazi bütövlüyü, güc tətbiq edilməməsi və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. ŞƏT-ə on ölkə daxildir: Rusiya, Hindistan, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, İran və Belarus. ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının görüşü 2025-ci il avqustun sonu – sentyabrın əvvəllərində Çində keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
1
editor.az

2Mənbələr