AZ

Fransa Ukrayna üçün Amerikadan silah almayacaq

Fransa Ukraynaya Amerika silahlarının tədarükünü maliyyələşdirməkdə digər Avropa ölkələrinə qoşulmayıb.

Bunun əvəzinə Paris öz hərbi xərclərinə diqqət yetirmək və büdcə kəsirini neytrallaşdırmaq qərarına gəlib.
Bu barədə iki Fransa rəsmisinə istinadən “Politico” məlumat yayıb. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Kiyevə silah tədarükünün yeni formatını açıqlayıb.

Amerika liderinin sözlərinə görə, ABŞ Ukraynaya silah tədarükündə birbaşa iştirak etməyəcək. Əvəzində NATO ölkələri ya ABŞ-dan xüsusi olaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün silah alacaq, ya da öz arsenallarından Ukraynaya nəsə göndərəcək, sonra isə yenidən ABŞ-dan alqı-satqı hesabına bu silahları artıracaq.

Almaniya və Şimali Avropa ölkələri artıq layihədə iştirak etmək barədə razılığa gəliblər. “Politico”nun məlumatına görə, kansler Fridrix Merz hökuməti Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı sövdələşməni təşviq edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
65
editor.az

1Mənbələr