Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi birgə məlumat yayıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub.
AYNA, BDYPİ və NİİM əməkdaşları ərazidə monitorinq apararaq yol hərəkəti təhlükəsizliyinin artırılması və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll müəyyən ediblər.
Qeyd olunub ki, həmin ərazidə yeni işıqforlar quraşdırılıb, fazalar tənzimlənib, yol nişanlanması işləri aparılıb