AZ

Daha bir qadın qətlə yetirilib: 23 yaşlı oğlan saxlanılıb

Beyləqanda qətl hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Beyləqan rayonunun Bolsulu kəndində qeydə alınıb. İyulun 15-də gecə 1967-ci il təvəllüdlü Bəsti Həsənovaya yaşadığı evdə xəsarətlər yetirilib. Qadın xəstəxanaya çatdırılıb və iyulun 16-da orada ölüb.

Hadisəni törətməkd şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

"Cebheinfo.az" 

Seçilən
40
16
cebheinfo.az

10Mənbələr