AZ

Plastik tullantıların zərərləri - Ekspert danışır

Plastik tullantıların təbiətə və insanlara hansı zərərləri var və bu problemin qarşısını almaq üçün gündəlik həyatda nələr etmək olar?

Plastik tulantılar günümüzün ən böyük problemlərindən biridir. Ekoloji problemlər içərisində plastik tulantıların təbiətə vurduğu zərər xüsusi yer alır. Həm su hövzələrində, həm torpaqlarda, həm də meşələrdə onlar çox müxtəlif fəsadlara səbəb olur. Su hövzələrində tez-tez su canlılarının hərəkət orqanlarına ilişir və onların hərəkətini məhdudlaşdırır. Bəzən isə ağızlarından daxili orqanlarına düşür və onların ölümünə səbəb olurlar. Plastik tulantılar torpaqda bir çox proseslərin getməsinə mane olur, o cümlədən mikroorqanizmlərin hərəkətini çətinləşdirir. Vəhşi heyvanlar, eləcə də, mal-qara plastik tulantılar görəndə yeyir və bu onların gec-tez ölümünə səbəb olur. 

Plastik tulantıların zərərindən danışırıqsa mikroplastikanın xüsusilə qeyd etməliyik.  Mikroplastika daha kiçik ölçüyə malikdir və daha təhlükəlidir. Buna görə də onları toplamaq olmur. Onlar asanlıqla istənilən yerə düşə bilir. Hətta elə mikroplastiklər var ki, onlar insanların həzm orqanlarına düşür, qana keçir, beyninə kimi yayıla bilir. Məsələn, plastik torbalar düşdüyü yerdə parçalanır və zaman-zaman mikroplastiklərə çevrilir.

Bu problemlərin qarşısını almaq üçün, əlbəttə, istifadəçilərin üzərinə çox böyük işlər düşür. Hər bir insan gündəlik həyatında plastiklərin istifadəsini məhdudlaşdırmalıdır. Plastik çəngəl, bıçaq, torbanın istifadəsini insanlar asanlıqla məhdudlaşdıra bilərlər. Təbiətdə plastik tullantıları saxlamaq olmaz. 

Qida alarkən plastik torbalardan istifadə etməyək, aldığımız məhsulun qablaşdırmasına diqqət edək, əgər plastikdirsə, mümkün qədər onu almayaq. Evimizdə isə plastik tulantıları ayrıca yığmalıyıq, daha sonra onlar təkrar emala getməlidir.

İlhamə Nurəhmədova 

Seçilən
159
25
ekologiya.az

10Mənbələr