AZ

Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi hazırdır: Paşinyan detalları açıqladı

Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni razılaşdırılıb, mətn üzrə danışıqlar başa çatıb. İndi, əslində, bu və ya digər başlıq altında, necə irəliləyəcəyik, yol xəritəsinin nə ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq.

Publika.az xəbər verir ki, bunu iyulun 16-da keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"İlkin imzalanma ideyası da gündəmdədir və bu menyuda nəzərdən keçirilən variantlardan biridir. Bu, yeganə variant deyil və müəyyən şərtlər daxilində məqbul və real ola bilər, bəzi hallarda isə o qədər də real olmaya bilər. Biz sülh sazişinin imzalanmasına doğru irəliləmək üçün heç bir fürsəti əldən verməyəcəyik", - deyə Paşinyan bildirib.

phrase_var_article.chosen
50
50
publika.az

10phrase_var_article.sources