AZ

PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib

Peşəkar Futbol Liqası (PFL), AFFA və “Misli”nin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Apasport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə iştirak edən bütün media nümayəndələrinə AFFA və PFL tərəfindən xatirə hədiyyələri təqdim edilib.

80-ə yaxın media nümayəndəsinin qatıldığı turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Eyni zamanda, PFL və AFFA-nın əməkdaşları turnirdə müsabiqədənkənar iştirak ediblər. Yekunda "Report"un idman şöbəsinin redaktoru Kənan Həsənovun da heyətində yer aldığı "Karvan" komandası çempion olub. "Qəbələ" ikinci, "Şamaxı" üçüncü yeri tutub.

Tədbirin sonunda "Karvan" komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda PFL və AFFA-ya aid suallara hamıdan çox cavab verən “Zirə” və “Neftçi” komandalarının üzvlərinə xatirə mükafatları verilib.

"Neftçi" Polşada

"Fənərbaxça"nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir

"Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibindən böyükhesablı qələbə

"Sumqayıt" "Sabah"ın futbolçusunu icarəyə götürüb

“Qarabağ” "Zalsburq"la bacarmadı - YENİLƏNİB

Seçilən
35
13
apasport.az

10Mənbələr