AZ

Sabah arabir güclü külək əsəcək

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitininyağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubətisə gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlardaqısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı,dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəziyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti,dağlarda gecə 15-20° isti, gündüz 28-32° isti olacaq.

Seçilən
14
49
az.trend.az

10Mənbələr