Rusiyadakı Azərbaycan diasporunun rəhbəri Mütvala Şıxlinskinin oğlunun işinin təfərrüatları məlum olub.
Missiya.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci ("Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə") ilə iş açılıb. Bu maddəyə əsasən, Şıxlinski 5 ilə qədər həbs və 200 min rubla qədər cərimə ilə üzləşə bilər.
Bildirilib ki, bu gün Leninski Rayon Məhkəməsi Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.
Daşqın HəsənovMissiya.Az