AZ

​Magistraturaya qəbulda ən çox iştirakçı bu universitetdən olub

Magistraturaya qəbulda ən çox iştirakçı Bakı Dövlət Universitetindən olubMetbuat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il üzrə ali məktəb məzunlarının magistraturaya qəbul nəticələrini açıqlayıb. Ən çox iştirakçı Bakı Dövlət Universitetindən olub – bu ali təhsil müəssisəsinin 4154 məzunundan 2257 nəfəri magistraturaya qəbul olunub. Bu da ümumi göstəricinin 54,33 faizini təşkil edir.İkinci yerdə 1719 qəbul göstəricisi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qərarlaşıb. Bu universitetin bakalavr məzunlarının 68,87 faizi magistr adını qazanıb.Azərbaycan Dövlət İqtisad Universitetindən isə 1668 nəfər magistraturaya qəbul olub ki, bu da ümumi məzunların 62,59 faizinə bərabərdir.

Sevinc İbrahimzadə

Seçilən
51
metbuat.az

1Mənbələr