AZ

Ağdamda ev, Beyləqanda isə təndirxana yanıb

Ağdam rayonunda ev, Beyləqan rayonunda isə təndirxanada yanğın olub.

Bu barədə Bakues.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Ağdam rayonunun Səfərli kəndində ümumi sahəsi 126 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Beyləqan rayonunun Əmirzeyidli kəndində ümumi sahəsi 20 m² olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları və 10 paq.m kabel yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
34
1
icma.az

2Mənbələr