“Karvan”ın baş məşqçisinin adına aydınlıq gəlib.
Operativ Media xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Premyer Liqanın debütantına Azər Həşimov baş məşqçi təyin olunub. Ona Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov köməklik edəcəklər.