Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Yaroslavl və Sverdlovsk vilayətlərində hüquq-mühafizə orqanları Ukrayna Silahlı Qüvvələri (USQ) üçün pul toplayan altı saxta çağrı mərkəzi üzvünü saxlayıblar. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzinə istinadən RIA Novosti məlumat yayıb. Məlumata görə, dələduzlar kirayə mənzillər tutaraq orada SIM-bokslar quraşdırıblar. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk “Lenta.ru”ya bildirib ki, bu avadanlıqlar xarici ölkələrdən Rusiyaya gələn telefon trafikinin yönləndirilməsinə və nömrələrin Rusiya nömrələri ilə əvəzlənməsinə şərait yaradıb. Bu yolla zərərçəkənlərə zəng edən naməlum şəxslər onları pullarını “təhlükəsiz hesab”lara köçürməyə inandırıblar. Əldə olunan vəsaitlər isə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına göndərilib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (dələduzluq) üzrə cinayət işi başlanıb. Qeyd edək ki, daha əvvəl Moskva ətrafında bir tələbədən beş milyon rubl alan dələduzların kuryeri saxlanılmışdı.