AZ

Güllələnən MMA döyüşçüsündən xəbər var: Əməliyyat olunub, vəziyyəti...

  MMA döyüşçüsü Timur Xizriyev əməliyyat olunub və vəziyyəti stabildir.

Referans  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ötən gecə Mahaçqalada idmançıya hücum edilib. İki naməlum maskalı şəxs Xızrıyevi yaşayış binasının həyətində gözləyib və o, avtomobilindən düşən zaman ona 10 atəş açıblar. Hücum nəticəsində döyüşçü çiyin, bilək və döş qəfəsindən beşə yaxın yara alıb.

“Həkimlər onun vəziyyətini stabilləşdiriblər, əməliyyat olunub və həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

29 yaşlı Xizriev PFL və “Bellator”da çıxış edib. Onun MMA-da 18 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.


Seçilən
52
1
referans.az

2Mənbələr