AZ

Azərbaycanın Suriyaya qaz tədarükü ilə bağlı saziş regional enerji əlaqələrini möhkəmləndirir - Atlantic Council

Bakı. Trend:

Azərbaycanın Suriyaya Türkiyə üzərindən qaz tədarükünə başlamaqbarədə bu yaxınlarda verdiyi bəyanat regionda maraqla qarşılanıb.Razılaşma hələ ilkin mərhələdə olsa da, enerji sahəsindəkiekspertlər bunu Suriyanın bərpasına və regional enerjiinteqrasiyasının güclənməsinə töhfə verəcək praqmatik addım kimiqiymətləndirirlər.

Azərbaycan qaz ixracının və enerji sektorundakı uğurlarınınartması sayəsində qlobal arenada mövqeyini ildən ilə daha damöhkəmləndirir. İndiyədək ölkənin qaz tədarükü əsasən Avropabazarlarına yönəlmişdi, lakin indi diqqət Yaxın Şərqə doğruyönəlir. Suriyaya qaz tədarükü və onun enerji infrastrukturununbərpası ilə bağlı müzakirələr təşəbbüsün sözlərdən əməli addımlarakeçdiyini göstərir.

Hazırda Azərbaycan əsasən Cənub Qaz Dəhlizi vasitəsilə 12 ölkəyəqaz ixrac edir. Yaxın Şərq marşrutunun əlavə olunması ilə Suriya buölkələrə 13-cü olaraq əlavə olunacaq ki, bu da Azərbaycanın ixraccoğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsi və onun enerjidiplomatiyasının güclənməsi deməkdir.

Trend-ləhəmsöhbət olan "Atlantic Council" baş elmi işçisi və Avropanınenerji təhlükəsizliyi üzrə aparıcı ekspertlərindən sayılan ConRoperts texniki və geosiyasi qeyri-müəyyənliyə rəğmən, sözügedənsazişin məntiqinin "çox sağlam" olduğunu qeyd edib.

Onun fikrincə, Azərbaycanın iştirakı Suriyanın təcili enerjitələbatını ödəməyə kömək edəcək və eyni zamanda Türkiyənin əsastranzit və logistika tərəfdaşı kimi rolunu möhkəmləndirəcək.

“Hələ də fiziki infrastrukturla bağlı məsələlər aktual olaraqqalmaqdadır,” – deyə Roberts bildirib. “Ərəb Qaz Boru KəməriSuriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Hələb şəhərinə qədərçatmışdı, daha sonra isə sərhədə qədər 63 kilometrlik xəttintikintisinə başlanılmışdı. Lakin onun başa çatıb-çatmadığı məlumdeyil”.

Ekspert Azərbaycanın Suriyaya qaz tədarükü ilə bağlı ikissenarinin mümkün olduğunu qeyd edib. Birinci ssenari – BOTAS-ınTürkiyədəki infrastrukturu vasitəsilə birbaşa boru kəməri ilətədarükdür. İkinci ssenari isə svop (əvəzli) sxemə əsaslanır: buzaman Azərbaycan qazı Türkiyədə istehlak olunur, BOTAS sistemindənbərabər həcmdə qaz isə Suriyaya göndərilir. “Azərbaycanın gəliribaxımından fərq, yəqin ki, əhəmiyyətli olmayacaq,” – deyə Robertsbildirib və əlavə edib ki, siyasi iradə olduğu təqdirdə çatışmayanboru kəməri hissələri sürətlə tikilə bilər.

2024-cü ildə SOCAR təbii qaz hasilatında artım nümayiş etdirib.“Şahdəniz” və “Ümid” yataqlarının sabit fəaliyyəti nəticəsindəümumi hasilat həcmi 50 milyard kubmetri ötüb – bu göstərici 2016-cıildə uzunmüddətli proqnozlarla nəzərdə tutulan (təxminən 45 milyardkubmetr, yatağa qaz vurulması da daxil olmaqla) göstəricidən dahayüksəkdir.

Əhəmiyyətli mərhələlərdən biri də Şahdəniz konsorsiumunun ShahDeniz Compression (SDC) layihəsinə dair investisiya qərarınıtəsdiqləməsi olub. Bu qərar Azərbaycanın ən böyük qaz yatağınınişlənməsinin üçüncü mərhələsini əhatə edir.

Dəyəri 2,9 milyard ABŞ dolları olan layihə, yataq təzyiqininazaldılması yolu ilə qazın hasilat əmsalını artırmağa yönəlib.Gözlənilir ki, bu layihə nəticəsində əlavə olaraq 50 milyardkubmetr qaz və 25 milyon barrel kondensat hasil olunacaq vəbunların hamısı ixraca yönəldiləcək.

Sanksiyalarla bağlı Roberts bildirib ki, ABŞ və Aİ tərəfindəntətbiq edilən məhdudiyyətlər hələ qüvvədə olsa da, geosiyasivəziyyət dəyişməkdədir. “ABŞ-ın Ankaradakı səfiri son vaxtlarSuriya hökumətinə nisbətən müsbət qiymət verib”, – deyə ekspertbildirib. “Bu, sanksiyaların avtomatik olaraq ləğv olunacağıanlamına gəlməsə də, Vaşinqton onların müvəqqəti dayandırılması vəya tətbiq mexanizmlərinin yan keçilməsi yollarını axtara bilər –xüsusilə Suriya belə təşəbbüslərə, məsələn ‘İbrahim Razılaşmalarınaqoşularsa”.

Türkiyə daxilində qazın çatdırılması ölkənin milli qaz-nəqliyyatoperatoru BOTAS şəbəkəsi vasitəsilə həyata keçiriləcək. Robertsvurğulayıb ki, Azərbaycan və Türkiyə texniki xidmətləri arasındaəlaqələndirmə sərhədin hər iki tərəfində infrastrukturunhazırlığının təmin olunması baxımından böyük önəm daşıyacaq.“Türkiyəli mühəndislər, bəlkə də azərbaycanlı mütəxəssislərləbirlikdə, sistemin texniki tələblərinə uyğunluğunu yoxlayacaqlar”,– deyə o əlavə edib.

Robertsin fikrincə, bu razılaşmanın geosiyasi təsirləriümumilikdə məhduddur, lakin Suriyaya təsiri kifayət qədər hissolunacaq: “Bu, qlobal enerji xəritəsini dəyişməyəcək, lakin onildən çox müharibə yaşamış Suriya üçün hətta məhdud qaz tədarükübelə istilik sistemlərinin, elektrik enerjisinin və sənayefəaliyyətinin bərpasına səbəb ola bilər”.

O həmçinin qeyd edib ki, bu razılaşma Azərbaycanın etibarlıregional tədarükçü kimi imicini möhkəmləndirir, Türkiyənin isəvasitəçi rolunu gücləndirmiş olur.

Lakin onun sözlərinə görə, əsas problem maliyyələşmədədir. “Əsasməsələ beynəlxalq investisiyaların cəlb olunmasıdır,” – deyəRoberts vurğulayıb. “İnfrastruktur və hasilatın artırılması üçüninvestisiyaları əsaslandıracaq uzunmüddətli müqavilələr lazımdır.Lakin Avropa institutları, xüsusilə Avropa İnvestisiya Bankıprinsipial səbəblərə görə yeni fosil yanacaq layihələrinidəstəkləmir. Avropa Yenidənqurma və İnkişaf Bankı daehtiyatlılığını saxlayır”.

2024-cü ildə Azərbaycan təbii qaz ixracında rekord göstəriciyənail olub – 25,3 milyard kubmetr. Bu, 2023-cü ildəki (23,9 milyard)və 2022-ci ildəki (22,4 milyard) göstəricidən çoxdur. Qaz ixracınınYaxın Şərqə genişlənməsi təkcə büdcə gəlirlərini artırmayacaq, həmdə Azərbaycanın enerji ehtiyatları çatışmazlığı yaşayan ölkələrüçün etibarlı təchizatçı imicini gücləndirəcək. Bu, həmçinin SOCARvə onun tərəfdaşları üçün yeni investisiya imkanları açır.

Azərbaycan qazının Suriya və regionun digər ölkələrinəistiqamətlənməsi təkcə coğrafi genişlənmə deyil. Bu həm dəgeosiyasi təsirin artması, ixrac gəlirlərinin şaxələndirilməsi vəYaxın Şərqin enerji təhlükəsizliyinə töhfədir. Bu strategiyanınmərkəzində Suriyanın həm istehlakçı, həm də tranzit ölkə kimimövqeyinin möhkəmləndirilməsi dayanır. Azərbaycan artıq təkcəAvropanın enerji təhlükəsizliyinin təminatçısı kimi deyil, YaxınŞərq regionunun da enerji sabitliyinə töhfə verən aparıcı gücəçevrilməkdədir.

Məqalədə:
Seçilən
56
1
az.trend.az

2Mənbələr