AZ

Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank


Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstanın "Marsh" və "Aon" sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. Bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb.
Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin "Gallagher Sigorta ve Reasürans Brokerliği" şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi. Xatırladaq ki, "Marsh" 2000-ci ildən, "Aon" isə 2004-cü ildən fəaliyyət göstərir.

Mətləb

Seçilən
39
5
baki-xeber.com

10Mənbələr