Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Atasığorta” və “A-Qroup Sığorta"Açıq Səhmdar Cəmiyyətlərinə (ASC) icrası məcburi sərəncamlarverib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
Belə ki, tənzimləyici qurum hər iki sığorta şirkətindəmonitorinq aparıb.
Sözügedən ASC-lərdə müstəqil ekspertlərlə mülki-hüquqimüqavilələrin bağlanmaması aşkarlanıb. Buna görə də “Sığortafəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən,şirkətlərə icrası məcburi sərəncamlar verilib.