Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib.
Sitat.info bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.