AZ

Ağdamda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Ağdam rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Səfərlikəndində ümumi sahəsi 126 m² olan birmərtəbəli 4 otaqlı evin birotağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğındanmühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
38
6
az.trend.az

6Mənbələr