AZ

İyunda yoxa çıxan helikopter tapıldı

İyunun 17-də yoxa çıxan "Mi-8" helikopteri Xabarovsk diyarında tapılıb.

Publika.az xəbər verir ki, bu barədə TASS Uzaq Şərq regionunun əməliyyat xidmətlərinə istinadla məlumat yayıb.

Bildirilib ki, helikopterdə beş nəfər olub, onların taleyi dəqiqləşdirilir.

Helikopter təmir işləri başa çatdıqdan sonra Oxotskdan Maqadana uçan zaman yoxa çıxıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin məlumatına görə, təcili radio mayak işə salınmayıb və ekipaj qəza siqnalı ötürməyib.

Seçilən
70
publika.az

1Mənbələr