Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə həbs edilib.Bu barədə E1.ru məlumat yayıb.
Məlumata görə, Mütvəli Şıxlinskinin evində axtarış aparılacaq.
21:15
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.Bu barədə "E1.ru" məlumat yayıb.
İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən "Gelandewagen" markalı avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.
Hazırda o, istintaq komitəsində dindirilir.