AZ

Kolo Ture “Mançester Siti”nin məşqçilər qərargahına qoşuldu

44 yaşlı ivuarlı mütəxəssis, “Mançester Siti”nin keçmiş mərkəz müdafiəçisi Kolo Ture “şəhərlilər”in məşqçilər qərargahına qoşulub.

Arena.az bu barədə “Mançester Siti”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Kolo Ture 2025-ci il FIFA Klub Dünya Kuboku zamanı “şəhərlilər”in 54 yaşlı ispan baş məşqçisi Xosep Qvardiolanın köməkçisi qismində çalışıb. “Mançester Siti”nin məşqçilər qərargahı Turenin bacarıqlarını yüksək qiymətləndirib və özünü ən yaxşı tərəfdən göstərmiş ivuarlı mütəxəssisin baş məşqçinin köməkçisi vəzifəsinə rəsmən təyin edilməsi üçün klub rəhbərliyi qarşısında vəsatət qaldırıb. “Şəhərlilər”in rəhbərliyi müvafiq qərarı ilə Turenin təyinatını təsdiqləyib.

Turenin “Mançester Siti”də məşqçi olaraq iş təcrübəsi var. İvuarlı mütəxəssis daha əvvəl “şəhərlilər”in 18 yaşa qədər gənclərdən ibarət komandasında baş məşqçi köməkçisi olaraq çalışıb.

Seçilən
43
arena.az

1Mənbələr