AZ

Türkiyə Gülən terrorçuları ilə əlaqəli 41 xarici universitetin diplomlarını tanımır

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Fətullah Gülənin “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə bu və ya digər şəkildə əlaqəsi olan 41 xarici ali təhsil müəssisəsinin diplomlarını tanımır.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar bildirib.

Onun sözlərinə görə, həmin universitetlərin diplomlarının Türkiyədə heç bir halda nostrifikasiyası (tanınması) mümkün deyil.

“Qadağaya ABŞ, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Gürcüstan, İraq, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Polşa və digər ölkələrdəki ayrı-ayrı universitetlər daxildir”, – deyə E. Özvar qeyd edib. O bildirib ki, bəzi hallarda qadağa yalnız FETÖ ilə əlaqəli şəxslərin dərs dediyi kafedra və ya bölmələrə şamil olunur.

Ali Təhsil Şurasının rəhbəri əlavə edib ki, xaricdə bu cür kafedra və institutların sayı 13-dür. Nümunə olaraq ABŞ-ın Hyuston Universitetindəki Gülən İnstitutunu göstərib.

O, Türkiyəli gənclərə xaricdə təhsil üçün müraciət etməzdən əvvəl “turkiye.gov.tr” saytına daxil olaraq həmin ali təhsil müəssisəsinin Türkiyədə tanınıb-tanınmadığını yoxlamağı tövsiyə edib.

Seçilən
46
3
hafta.az

10Mənbələr