AZ

6 ayda 162 nəfər qidadan zəhərlənib

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:

“Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

Hesabat dövrü ərzində isə qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Seçilən
8
9
demokrat.az

10Mənbələr