AZ

Çılpaq ayaqla gəzənlər cərimələnəcəklər

İtaliyanın məşhur istirahət məkanı Portofinoda küçələrdə ayaqyalın gəzmək qadağası da daxil olmaqla, çoxsaylı qadağalar qüvvəyə minib.

XəzərNews.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bu gündən qüvvəyə minən qaydalara görə, şəhərin mərkəzində üst geyimsiz gəzmək, səs-küylü şənliklər keçirmək, ictimai yerlərdə piknik etmək qadağandır. Küçələrdə ayaqyalın gəzmək, ictimai meydanlarda çimərlik paltarında oturmaq kimi davranışlar da qadağan edilib. İctimai yerlərdə spirtli içkilərin istifadəsi restoranlarda və xüsusi ayrılmış yerlərdə məhdudlaşdırılır.

Küçələrdə və ya parklarda uzanmaq, dilənmək, səs ucaldıcı ilə musiqi dinləməyin də cəzası var. Qaydaları pozanları 25 avrodan (təxminən 50 manat) 500 avroya (təxminən 1000 manat) qədər cərimə gözləyir.

Xəbər 1 dəfə oxunub.
Seçilən
46
1
xezernews.az

10Mənbələr