AZ

"Mançester Siti" texniki sponsorla əməkdaşlığı uzatdı

“Mançester Siti” texniki sponsorluq sahəsində PUMA şirkəti ilə əməkdaşlığını davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniyanın dünyaca məşhur idman geyimləri istehsalçısı ilə əməkdaşlıq 2019/2020 mövsümündən etibarən başlayıb. “Şəhərlilər” həmin vaxtadək (2013–2019) Nike ilə çalışırdı.

Geridə qalan 2024/25 mövsümündə “Mançester Siti” İngiltərə Superkubokunun qalibi olub. Premyer Liqanı 3-cü pillədə başa vuran “səma-mavi”lər, ölkə kubokunda finala qədər irəliləsə də, Liqa Kubokunda 1/8 finalda, UEFA Çempionlar Liqasında isə 1/8 final mərhələsinə vəsiqə uğrunda görüşdə mübarizəni dayandırıb. Klub dünya çempionatında da 1/8 finalda turnirlə vidalaşıb.

Seçilən
42
90deqiqe.az

1Mənbələr