AZ

Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eyzemanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.

AzNews.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycandakı səmərəli diplomatik fəaliyyətinə görə səfir Paulin Eyzemaya təşəkkür edib.

Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

Seçilən
26
17
aznews.az

10Mənbələr