AZ

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı məlum olub

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərinhüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçəvəsatət təqdim edib. Deyib ki, müdafiə tərəfi bundan əvvəl iclasprotokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət edib. O xahişedib ki, vəkili Avram Bermana onun iştirakı olmadan da iclasprotokolları ilə tanış olmasına şərait yaradılsın.

İclasa sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, vəsatəttəmin olunur. Bu, təqsirləndirilənin hüququdur. TəqsirləndirilənRuben Vardanyana və onun vəkili Avram Bermana iclas protokollarıilə tanış olmaq üçün daim şərait yaradılıb və bundan sonrayaradılacaq.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl onavəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahişedib. Bildirib ki, onda müəyyən suallar yaranır və bunu vəkili iləmüzakirə etmək istəyir.

Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev deyib ki,onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensialgörüş üçün imkan yaradılır və bundan sonra da digər hüquqları kimi,bu hüququ da təmin ediləcək.

Üçüncü vəsatətini təqdim edən Ruben Vardanyan bildirib ki,bundan əvvəl o və vəkili məhkəmə protokollarındakı qərarlarınçıxarışlarının onlara təqdim olunmasını xahiş ediblər. Hakim ZeynalAğayev diqqətə çatdırıb ki, hansı iclasların protokollarınınqərarlarının çıxarışları ilə tanış olmaq istəyirlərsə, buna dairməhkəməyə siyahı təqdim etsinlər. Həmin siyahıya uyğun olaraqsənədlər müdafiə tərəfinə çatdırılacaq. Ruben Vardanyan məhkəməninkeçirildiyi 6 ay müddətində verdiyi bütün vəsatətlərlə bağlıqərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib.Hakim həmin çıxarışların bir hissəsinin artıq onlara verildiyini,digərlərinin də təqdim olunacağını deyib.

Ruben Vardanyanın vəkili Avram Berman da təqsirləndiriləninvəsatətlərini müdafiə etdiyini söyləyib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Seçilən
1
21
az.trend.az

10Mənbələr