ABŞ-nin Atlanta şəhərində park edilmiş avtomobildən məşhur amerikalı müğənni Beyonseyə aid hələ yayımlanmamış mahnılar və digər sənədlər oğurlanıb.
Sherg.az xəbər verir ki, oğrular USB-lər, iki MacBook, qulaqlıqlar və bahalı aksessuarları da götürüb. Polis hadisə ilə bağlı istintaqa başlayıb və şübhəli axtarır.
Buna baxmayaraq, Beyons konsert turuna davam edir və iyulun sonunda Las Veqasda çıxış edəcək.