AZ

Ərdoğan: "15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi"

"15 iyul gecəsində Türkiyənin Türkiyədən böyük olduğu dərk edildi".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də "Zəfərin adı Türkiyə" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, türk xalqı həmin gecə qanı ilə, canı ilə, bütün varlığı ilə qiyamətə qədər anılacaq şanlı bir dastan yazdı:

"Bu dastan cəsur türk xalqı ilə vətənini satanların mübarizəsi idi və türk xalqı xain manqurtlara qalib gəldi".

"Dünyanın hər tərəfində bizim üçün Quran oxundu, dualar edildi. O gecə millət olma şüurunu bir daha gördük", - deyə Türkiyə prezidenti əlavə edib. (Oxu.az)

Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr