UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.
"Football-plus.az" xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılan 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Beləliklə, "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142 min 111 avro çatıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta