AZ

Təbrizdə ticarət mərkəzi yandı - VİDEO

Bu gün səhər saatlarında Təbriz Universitetinin yaxınlığında yerləşən “Zümrüd” ticarət mərkəzində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri “Mehr News” yayıb.

Məlumata görə, yanğın qısa müddətdə nəzarət altına alınıb və insan itkisi qeydə alınmayıb.

Ancaq binanın bəzi hissələrinə ziyan dəyib. Yanğının səbəbi hələlik məlum deyil və hadisə ilə bağlı araşdırma davam edir.


Bizim.Media

Seçilən
47
50
bizim.media

10Mənbələr