AZ

Mərkəzi Bank "Atəşgah" və "Meqa Sığorta"ya məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki sığorta şirkətinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncam verib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, "Atəşgah" və "Meqa Sığorta" şirkətlərində AMB tərəfindən monitorinq aparılıb.

Məlum olub ki, sözügedən sığorta şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, AMB bundan əvvəl “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə eyni pozuntu halı ilə bağlı, "AtaSığorta"ya isə kibertəhlükəsizlik tələblərinin pozulması faktı ilə bağlı icrası məcburi sərəncam verib.

​​​​​​"Cebheinfo.az"

Seçilən
22
50
cebheinfo.az

10Mənbələr