AZ

Ərdoğan: Həmin gecə İstanbulda oxunan azanlar Bakıda əks-səda verdi

ANKARA, 15 iyul. TELEQRAF

5 İyul Demokratiya və Milli Birlik Gününün 9-cu ildönümünü birlik və həmrəylik içində qeyd edirik.

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində "Zəfərin adı Türkiyə" adlı tədbirdə çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, həmin gecə hüzn və cəsarətlə hər zaman xatırlanacaq: "Həmin gecə İstanbulda oxunan azanlar, Bursada yüksələn sədalar Bakıda, Qahirədə əks-səda verdi. Bir az öncə izlədiyimiz videoda o gecəni bir daha xatırladıq. Həm yaraları, həm acını, həm də qürurverici dirənişi yenidən yaşadıq. 15 iyul gecəsi sinəsini sipər edən, işğalçılara boyun əyməyən bütün şəhidlərimizi ehtiramla anırıq. Bütün qazilərimizə, çevriliş anından küçələrə, meydanlara, hava limanlarına toplaşan, gələcəyinə sahib çıxan vətəndaşlarımıza təşəkkür edirəm. Həmin gecə bizim üçün xaricdə dua edən 7 milyon vətəndaşımıza, Türkiyə və türk milləti üçün qayğılananlara minnətdaram".

Seçilən
39
teleqraf.com

1Mənbələr