AZ

Numan Kurtulmuş: Həmin gecə qəhrəmanlıq səhifəsi yazıldı

ANKARA, 15 iyul. TELEQRAF

15 İyul qəhrəmanlıq və böyük bir xəyanətin yaşandığı gündür".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində "Zəfərin adı Türkiyə" adlı tədbirdə deyib.

"Demokratiyaya və azadlığa sahib çıxıldığı, xalqın iradəsini qorumaq üçün meydanlara axışdığı bir tarixdir. Prezident Rəcəb Tayyib Ərdoğanın milləti küçələrə, meydanlara çağırması ilə cəsur xalq canı bahasına demokratiyanı müdafiə etdi. Həmin gecə hər yerdə qəhrəmanlıq səhifəsi yazıldı. Xəyanətin də, qəhrəmanlığın da şahidi olduq. Hər kəs tarix yazdı – kimisi canıyla, kimisi qəhrəmanlığı ilə. Bütün şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik", -deyə N. Kurtulmuş bildirib.

Seçilən
44
teleqraf.com

1Mənbələr