Serbiyalı basketbolçu Vasiliye Mitsiçin yeni klubu məlum olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyun qurucu "Real Madrid"ə transfer olmağa yaxındır.
Bu barədə "Eurohoops" portalı məlumat yayıb.
Serbiyalı oyunçunun iki illik müqaviləyə imza atacağı gözlənilir.
Onunla "Fənərbağça, "Olimpiakos" və "Hapoel Təl-Əviv" də yaxından maraqlanırdı.
Mitsiç son iki mövsümü NBA-də keçirmişdi. O, burada istədiyi qədər oynaya bilmədiyi üçün yenidən Avropaya qayıdır.